Hazırda Azərbaycanda müharibə şəraiti olmadığına görə, böyük investorların ölkəyə gətirilməsi böyük təşəbbüsə gətirib çıxarır.
Bunu Fins.az-a müsahibəsində “Diamond Glass Azerbaijan” şirkətinin rəhbəri Fərhad Əliyev deyib. O, bildirib ki, hazırda Azərbaycanda müharibə şəraiti olmadığına görə, böyük investorların ölkəyə gətirilməsi böyük təşəbbüsə gətirib çıxarır:
“İnvestorlar təşəbbüs edir ki, ölkəmizdə müəyyən layihələr icra etsinlər. Bunun üzərində müəyyən araşdırmalar aparırıq. Yəqin ki, yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.”
F.Əliyev qeyd edib ki, Gürcüstanda çox böyük investisiya proqramı ilə ərəblərlə ciddi yatırıma yönəlmiş müəssisənin qurulmasında şirkətinin böyük rolu olacaq. Onun sözlərinə görə, xarici ölkələrdə, xüsusilə BƏƏ-nin Dubay şəhərində yeni layihələrin üzərində işlər davam edir.
Sahibkar onu da vurğulayıb ki, “Diamond Glass Azerbaijan” şirkətinin ümumi sifarişin 5 %-i dövlət orqanları, digər sifarışləri isə fərdi müştərilər təşkil edir.
Məlumat üçün bildirək ki, “Diamond Glass Azerbaijan” şirkəti 20-yə yaxın lisenziyası olan şirkətlə çalışaraq, təmir-tikinti, o cümlədən, şüşələmə və mebel fabriki sahəsində faəliyyət göstərir.
Fuad Mədətov
Fins.az