BİZNES

22 İyul

Prinsipimiz müştəridən razılıq aktını almaqdır – Fərhad Əliyev

“Diamond Glass Azerbaijan” şirkətinin rəhbəri Fərhad Əliyevin Fins.az-a müsahibəsi.

- “Diamond Glass Azerbaijan” şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz. Şirkətin xüsusiyyətləri və xidmətləri nədir?

- Bizim şirkətin elə də uzun müddətli tarixi yoxdur. “Diamond Glass Azerbaijan” şirkəti təmir-tikinti, 20-yə yaxın lisenziyası olan şirkətlə çalışır. Desəniz ki, nəyə görə məhz “Diamond Glass Azerbaijan”? Çünki imkanlarımız geniş, məhsullarımız isə keyfiyətlidir. İlk olaraq şüşə istehsalı ilə addımladıq, iş prizmasını böyüdəndən sonra şəxsi istehsal sahəmizi, mebel fabrikimizi də işə salmış olduq. Biz şirkət olaraq daim innovativ mövqedəyik və ənənəvi seqmentdən çıxmışıq. Bir çox beynəlxalq miqyaslı sərgilərdə iştirak edirik. Orada da yerli istehsal olaraq, olmayan məhsullarımızı bunun üzərində araşdırmağa başlayırıq. Çalışırıq ki, onu tətbiq edib, xidmət sahəmizə əlavə edək. Bu gün Azərbaycanda elə şirkətlər var ki, sırf Avropanın bahalı mallarını alıb, pullarını israf etməmələrindən ötəri bizimlə əməkdaşlıq edirlər. Bizim müştərilərimiz arasında qurumlar və fiziki şəxslər var. İnsanlar Avropanı gəzir, ordakı məhsulları gətirib göstərir və deyir ki, mən bundan istəyirəm. Onlar bilir ki, biz innovativ yolla çalışırıq və müştəriyə bunun həlli yolunu təqdim edirik.

- Xidmətlərinizin keyfiyyət səviyyəsini necə müəyyən edirsiniz və müştərilərə təklif etdiyiniz məhsullar milli və beynəlxalq standartlara nə dərəcədə uyğundur?

- Hal-hazırda tələb olunan məhsullara görə, müştəridən razılıq aktını almadan əl çəkmirik. Müştərini bu barədə yoruruq. Ta ki, müştəri “Biz sizdən razıyıq!” deməyənə qədər bu prinsipimizi həyata keçiririk. Dövlət qurumları ilə işləyəndə layihələrin sonunda “Xasiyyətnamə” alırıq. Biz ancaq müştəri tərəfindən verilən sifarişə baxırıq. Əgər sifarişin konstruktiv olaraq daşıyıcı rolu yoxdursa, biz onun standartına baxırıq və dünya miqyasındakı mövqeyini araşdırırıq. Yəni biz (Azərbaycan) inkişaf etməkdə olan ölkələrin siyahısındayıq. Təəssüf ki, bizdə bir çox standartlar oturuşmayıb. Ona görə də, əsasən standartları araşdırırıq. Görüntü məsələsi ikinci dərəcəlidir. Birinci praktik dərəcəsidir. Müştəri evə hansı məhsulu sifariş edirsə, onun istifadəsində yorulmamalıdır. Əminəm ki, bunun beynəlxalq standartı var. Bizdə də olmasa, Avropadan araşdırıb önünə qoyuruq. Bunun əsasında seçim müştərinin özünə bağlıdır.

- Təmir üçün istifadə etdiyiniz məhsullar, avadanlıqlar haradan gətirilir? Daha çox təlabaət yerli, yaxud xarici məhsullardır?

- Bu, çox dəyişən mövzudur. Daha çox yerli şirkətlərlə çalışmağa üstünlük veririk. Bəzi növ kateqoriyalı məhsullar var ki, onların istehsalı bizdə yoxdur. Buna görə də, məcburuq xaricdən gətirək. Xaricdən gətirilən məhsulu da yerli təchizatçı ilə işləyirik. Mənə lazım deyil ki, İtaliya və ya Türkiyənin hansısa şirkəti ilə müqavilə bağlayım, gömrüyünü köçürüm, mal da gəlsin, elə olsun, belə olsun... Bunu rəsmi distribyutorluğunu axtarırıq və bundan sonra həmin şirkətlə müqavilə bağlayırıq.

- Əsasən müştəriləriniz kimlərdir? Dövlət orqanlarından sifarişlər alırsınızmı?

- Demək olar ki, ümumi sifarişin 5 %-i dövlət orqanları təşkil edir. Digər sifarışlər fərdi müştərilərdir. Bizimlə işləyən, zövq alan müştəri kontingentimiz var. Uzun illərdir ki, onların vasitəsi ilə müştəri portfaylımızı yaratmışıq. Onlar özəl və beynəlxalq təşkilatlardır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıq edirik. Təşkilatın ən son keçən il layihəsini təhvil verdik. Özəl şirkətlərdən də inşaat, dizayn firmaları ilə də əməkdaşlıq edirik.

- Yay mövsümündə, xüsusiylə fərdi evlərin təmir-tikintisinə təlabat artır və bu prosesdə şirkətiniz bazardakı vəziyyətlə ayaqlaşa bilirmi?

- Yox, bizim mövqeyimiz tam fərqlidir. Baxmayaraq ki, təmir-tikinti, mebellə təmin etmək və şüşələmə ilə məşğuluq, amma çox təəssüflər olsun ki, ona hədəflənməmişik. Çünki bizim üçün əlimizdə olan sifarişlərin həcmi daha böyük bazara inteqrasiya etməyə imkan vermir. Bundan kənar həddə çıxa bilmirik. Burada addım atdığımız təqdirdə, bu proses keyfiyyətə təsir edir. Bizim koorporativ və daimi müştərilərimiz var. Hansı ki, onlar bizdən işlərinin görülməsi üçün xahiş edirlər. Özümüzü reklam etmirik. Çünki bu, inteqrasiya deməkdir. Əgər biz həmin bazara girib keyfiyyəti aşağı salacağıqsa, həmin zaman heç daxil olmayaq. Bizim prioritet odur ki, öncül olaraq keyfiyyətə üstünlük verilsin. Ta ki, müştəridən çox sağ olu alana qədər…

- Hansı ölkələrlə əməkdaşlıq edirsiniz? Ümumiyytlə, xarici şirkətlərin Azərbaycan təmir-tikinti bazarına maraqlarını necə dəyərləndirirsiniz?

- Bəzi layihələrimiz var. Hansı ki, konfidensiallıq daşıyır. Bununla bağlı ciddi müqavilələr imzalamışam. Yəni əlavə olaraq məxfiliklə bağlı da müqavilə imzalamışam. Bu addım ölkə xaricinə inteqrasiya etməmizə də dəlalət edir və ölkə daxilində olan beynəlxalq layihələrdə də öz yerimizi tutur. Hazırda elan edə biləcəyim layihə var. Gürcüstanda çox böyük investisiya proqramı ilə ərəblərlə ciddi yatırıma yönəlmiş müəssisənin qurulmasında bizim şirkətimizin böyük rolu olacaq. Xarici ölkələrdə, xüsusilə BƏƏ-nin Dubay şəhərində yeni layihələrin üzərində işlər gedir. Hazırda müharibə şəraiti olmadığına görə, böyük investorların ölkəyə gətirilməsi böyük təşəbbüsə gətirib çıxarır. İnvestorlar təşəbbüs edir ki, ölkəmizdə müəyyən layihələr icra etsinlər. Bunun üzərində müəyyən araşdırmalar aparırıq. Yəqin ki, yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

- Şirkətin tanıtımını necə qurursuz?

- Şirkətin tanıtımını sosial şəbəkələrdə və internet portallarında etmirik. Bu, bizim üçün aktual deyil. Hazırda şirkətimizin tutumu buna imkan verir. Ona görə də bizi tanıyan müştərilər bizə mürciət edirlər. Ağızdan-ağıza eşitməyən müştəri bizə gəlmir. “X” bir şirkətə göstərdiyimiz xidmət kifayət edir ki, o da ətrafını bizə yönəldəcək. Bizə gələn zənglərin 99.9%-i “sizin nömrənizi flankəs müəllim verdi” deyir. Sosial media ilə ictimaiyyətə açılmağı təhlükə kimi görürəm. Addım-addım inkişaf etməyi üstün tuturuq. Keyfiyət idarəetmədən çıxandan sonra mənə lazım deyil. Beş müştərim varsa, onlar daha da beş müştəri gətirəcək. Bu, daha məqsədəuyğundur.

Fuad Mədətov
Fins.az