Bu ilin I yarısında Türkiyənin Konya şəhərindən Azərbaycana 24 milyon 21 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Fins.az Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,1 % çoxdur.
Təkcə iyunda isə Konyadan ölkəmizə 3 milyon 220 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da illik müqayisədə 29,2 % azdır.