BİZNES

11 İyul

Maliyyə axınlarının həcmi 6,5 % artıb

Bu ilin ikinci rübündə maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz və ya 1,8 milyard manat artaraq 29,2 milyard manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə olduğu kimi, 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 faiz) və tikinti (10,2 faiz) olub.

Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat artım) sahələri təşkil edib.