BİZNES

11 İyul

Azərbaycanda istehlak bazarı genişlənib

Cari ilin yanvar–may aylarında respublikamızda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilmiş xidmətlərin dəyəri 25,9 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni döv­rünə nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artım deməkdir.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri illik müqayisədə 4,9 faiz artaraq 24,9 mil­yard manata bərabər olub, onun 45,2 faizi fərdi sahibkarların fəaliyyəti sayə­sində formalaşıb.