Məişət texnikaların təmiri və satışı ilə məşğul olan “AE Servis” şirkətinin təsisçisi və direktoru Sərxan Əsgərov şirkətin son 1 ildəki vəziyyəti haqqında danışıb.
S.Əsgərov Fins.az-a müsahibəsində qeyd edib ki, ötən illə müqayisədə bu il şirkətin müştəri sayında dəyişiklik olub:
“Bu il fiziki şəxslərlə deyil, daha çox hüquqi şəxslərlə çalışırıq. Bu il demək olar ki, bizə müraciət edənlər arasında fiziki şəxslər yoxdur. Ancaq korporativ şirkətlərdir ki, onlar üçün xidmət göstəririk. Bu da bizi qane etmir. Çünki gedişatımıza təsir edir. Konkret olaraq, ötən illə müqayisədə bu il nisbətən şirkətimizin məhsul satışına təsir olub. Fiziki şəxslərin alıcılıq səviyyəsi aşağı düşüb. Bu vaxtadək isə daha yaxşı idi. Bunun da səbəbini belə izah edə bilərəm ki, fiziki şəxslərin alıcılıq qabiliyyətinin aşağı düşməsinə pul vəsaitin az olmasından irəli gəlir. Ona görə də daha çox üstünlük kreditlərə yönlənir”.
Sahibkar şirkətin biznes göstəriciləriylə bağlı vəziyyəti qənaətbəxş hesab edib:
“Biznes göstəriciləriylə bağlı onu deyə bilərəm ki, bu il təkliflər və sorğular daha çoxdur. Əvvəllər daha yaxşı idi, amma ötən ilə nisbətən bu il artımlar var.”
Fuad Mədətov
Fins.az