BİZNES

22 İyul

Yay mövsümüylə bağlı “Səhliyalı” şirkətinin məhsullarının satışında 18%-dək artım olur - EKSKLÜZİV

“Son üç il ərzində maliyyə hesabatlarımıza nəzər saldıqda, hər ilin may ayının sonundan sentyabr ayının son günlərinə yaxın tarixlərdə “Səhliyalı” şirkətinin məhsullarının satışında 15-18% artım olur”.

Bunu Fins.az-a açıqlamasında “Səhliyalı” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev deyib. O, qeyd edib ki, məhsullarına satışında artıma səsbəb insanların bağlara, dəniz kənarlarına (çimərliklər), meşələrə, pikniklərə və s. ərazilərə üz tutmasından irəli gəlir:

“Bu məkanlara gedən insanlar hazır qida məhsullarına üstünlük verirlər. Bu hazır qida məhsullarının başında ən çox tələb olunanı “Səhliyalı”nın “Halal Nemət 1000 Bərəkət Manqalüstü Sosis”ləridir ki, ölkədə onun məlum nüfuzuyla bağlıdır. Bundan başqa, yay aylarında insanların daha çox restoranlara getməsi, şadlıq saraylarında toyların sayı artması hazır qidalardan sayılan kolbasalara da təlabatı artırır. Sentyabr ayının sonundan isə bu proses yenidən əvvəlki vəziyyətinə qayıdır. Belə ki, məhsulların satışı sentyabr ayından may ayınadadək 100% səviyyəsində qalır, may ayından sonra isə 118%-ə yüksəlir”.

İ.Mustafayev mövsümlə əlaqədar olaraq şirkətin məhsullarında qiymətlərin stabil olduğu söyləyib:

“Yay aylarında bəzi şirkətlər (dondurma, sərinləşdirici içkilər şirkətləri ola bilər) qiymətləri yüksəldirlər, amma “Səhliyalı” şirkətinin məhsullarında mövsümla bağlı heç bir qiymət artımı baş vermir. Şirkətdə qiymət artımı yalnız bu halda baş verə bilər: xaricdən gələn xammalda, əhalidən aldığımız mal-qara heyvanlarında və ətin qiymətində hər hansı artımı olarsa; şirkətin xərclərində, işçilərin maaşlarında və kommunal xərclərdə artım baş verərsə. Amma qeyd etdiyim kimi mövsümla bağlı hər hasnsı qiymət artımından söhbət belə gedə bilməz”.

Qeyd edək ki, ət məhsulları istehsalçısı “Səhliyalı” şirkəti 27 ildir fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az