Cari ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 milyon 157 min 703 ton yük daşınıb.
Azərbaycan Dəmir Yollarından Fins.az-a bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.
Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 78 ton yük idxal olunub, 1 milyon 666 min 91 ton yük isə ixrac olunub.
Dəmir yolları ilə ölkə daxilində 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib