BİZNES

06 İyul

Azərbaycan dəmir yolları ilə sərnişin daşıma 52% artıb

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 230 728 nəfər sərnişin daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

ADY-dan Fins.az-a verilən məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 075 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47% çoxdur.

Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 704 nəfər sərnişin daşınıb.