BİZNES

05 İyul

İyulun 4-də hərrac keçirilib

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 22 nəqliyyat vasitəsi özəlləşdirilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 4-də hərrac keçirilib. Hərracda "Naftalan Qənnadı" ASC-nin 30 faizlik səhm paketi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, start qiyməti 5 100 manat olan “Nissan Sunny” markalı avtomobilə edilən ən son təklif 8 400 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti  1 000 manat olan “VAZ-21214” markalı avtomobil 3510 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.