BİZNES

05 İyul

“Tatneft” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO

SOCAR və Tatneft arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında keçirilmiş görüşdə SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib.

Tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.