Mühasibat xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərən “Accounting.Az” dünya reytinq cədvəlində ilk 3-lükdə olan, bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş "PrimeGlobal" assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu.
Fins.az xəbər verir ki, Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası "PrimeGlobal" mühasibat uçotu və biznes məsləhətçiliyi sahəsində fəaliyyət göstərən müstəqil firmaların birliyidir.
2020 və 2022-ci illərdə “İlin assosiasiyası” mükafatına layiq görülən "PrimeGlobal" 112 ölkədən 300-dən çox müstəqil üzv firmanı özündə birləşdirir. "PrimeGlobal"ın müstəqil üzv firmalarında ümumilikdə 3400-dən çox partnyor və 34000-dən çox işçi çalışır. 112 ölkədə 1000-dən çox məkanda fəaliyyət göstərən "PrimeGlobal", geniş əhatə dairəsi baxımından dünyada ən yaxşı birlik kimi möhkəm əsas üzərində qurulub. Assosiasiyanın ümumi illik gəliri 4.3 milyard dollardan çoxdur.
"PrimeGlobal" öz üzvlərini eksklüziv təlim kurslarına, sertifikatlara və resurs kitabxanalarına çıxışla təmin edir. "PrimeGlobal" üzvləri regional, milli və beynəlxalq səhnədə öyrənmək, paylaşmaq və inkişaf etmək üçün lazım olan alətlərə malikdirlər.
Yüksək daxili paylaşma mədəniyyətinə malik "PrimeGlobal"a üzv olmaq Azərbaycan mühasiblərinə "Accounting.Az" konsaltinq şirkəti vasitəsi ilə ən son sənaye tendensiyaları, ən yaxşı təcrübələr və mühasibatlıq peşəsində baş verən dəyişikliklərdən operativ xəbərdar olmaq imkanı yaradır.
"Accounting.Az" şirkətinin direktoru Ramin Ramazanov vurğulayıb:
“Biz "PrimeGlobal"a qoşulmaqdan və dünyadakı həmfikirlərimizlə ünsiyyət qurmaqdan qürur duyuruq. Odur ki, regionda yüksək keyfiyyətli xidmətlər təqdim etməyi və assosiasiyanın əhatə dairəsini genişləndirməyi səbirsizliklə gözləyirik”.
"PrimeGlobal"ın Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə icraçı direktoru Thierry Delvaux isə bunları səsləndirib:
“Azərbaycandan "PrimeGlobal"a qoşulan ilk şirkət olaraq, "Accounting.Az"ı Avropa, Yaxın Şərq və Afrika ölkələri regionunda salamlamaqdan məmnunuq. Sənayenin geniş spektrini əhatə edən etibarlı xidmətlər təklif edərək, biz onların qlobal şəbəkəmizin güclənməsinə verəcəkləri töhfəni və Avropa ilə Asiyanın kəsişməsində yerləşən, özünəməxsus müxtəlifliyə malik bu regiona təqdim edəcəkləri bilikləri səbirsizliklə gözləyirik”.
Accounting.Az şirkəti ilə əlaqə:
+994 12 310 09 29
+994 50 225 82 05
www.accounting.az