Ənənələrinə sadiq qalaraq “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu.
Fins.az xəbər verir ki, bu dəfə tədbir Lamborghini Baku- mərkəzində baş tutdu.Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb netvörkinqin faydalarını qonaqlarla bölüşüb və özünü təqdim etmək üçün qonaqlar hər biri çıxış üçün dəvət olunub. Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər.
Onu da qeyd edək ki, müxtəlif sahələrdən olan sahibkarlar maraqlı və faydalı əlaqələr qurub və səmərəli vaxt kecirdiblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.
Leyla Fikrətqızı
Fins.az