Azərbaycanda bu ilin yanvar-may aylarında 1582 ədəd və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 643 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ölkədə traktorların istehsalı 66% artıb.
Eyni zamanda, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində bu ilin yanvar-aprel aylarında 306,4 milyon manatlıq məhsul istehsal edilib.