BİZNES

29 İyun

Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 16,095 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. 

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 

5 aylıq məbləğin 12,567 milyard manatını elektron ticarət, 3,506 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,021 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.