BİZNES

27 İyun

Azərbaycanda əcnəbilər hotellərə 139 milyon manata yaxın vəsait xərcləyib

Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib.

Bu, bir il əvvəlki göstəricidən 91 milyon 393,5 min manat çox olub. 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az