BİZNES

26 İyun

Qeyri-neft ixracı 22,1 faiz çoxalıb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilir ki, 5 ay ərzində ye­yinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixra­cı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, mey­və-tərəvəz ixracı isə 10,4 faiz artıb.

2023-cü ilin yanvar-may ayları ər­zində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib his­səsində əhəmiyyətli yer tutan aqrar-sə­naye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib.