BİZNES

24 İyun

Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 mln dollar dəyərində qızıl ixrac edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 62,9 mln. dollar təşkil edib.

Zəminə Hüseyn
Fins.az