BİZNES

20 İyun

Bu il Azərbaycana idxal edilən məhsulların inflyasiyası 20%-dən çox olub

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.5% artıb.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında ixrac olunan məhsulların qiymətləri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 17.1% enib.

Qeyd edək ki, idxal olunan məhsullarda ən çox qiymət artımı tekstil mallarında(76.5% artım), təbii xəz(62.1% artım) , mebel(50.4% artım), alkoqollu və alkoqolsuz içkilər(41.9% artım), diri heyvanlar( 34.6% artım), əczaçılıq məhsulları( 28.1% artım) və digər məhsullarda olub.

Xatırladaq ki, ixrac olunan məhsullarda ən çox qiymət azalması mineral məhsullarda(18.9% azalma), qara metalda(15.9% azalma), azqiymətli metallarda(12.4% azalma), qeyri-üzvi sənaye məhsullarında(10.3% azalma) və digər məhsullarda olub.