2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi 700 milyon 704,68 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 44% çoxdur.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Yunanıstana ixracın həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 45% artaraq 693 milyon 700 min dollara bərabər olub.
Qeyd edək ki, cari ilin ilk 5 ayında Yunanıstandan Azərbaycana idxalın həcmi cəmi 7 milyon dollar təşkil edib.
Xatırladaq ki, Yunanıstan Azərbaycandan əsasən neft-qaz məhsulları idxal edib.