Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4 050 ton süd idxal edib.
Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.
Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində süd idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,9% çoxdur.