Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümumi dəyəri 796,2 milyon manat olan 1 938 müsabiqə əsaslı satınalma keçirib.
Bu barədə Fins.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 19-u açıq tender, 1 050-si elektron açıq tender, 779-u kotirovka sorğusu, 90-ı isə təkliflər sorğusu olub.
Elektron satınalmalar say və məbləğ (367,2 milyon manat) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib.