2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 611 milyon 967.91 min dollar dəyərində 40 min 264 ədəd avtomobil idxal olunub.
Fins.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 40.4% və ya 11 min 583 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 369 milyon 468.6 min dollar dəyərində 28 min 681 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə və ya 682 ədəd avtomobil artaraq 812 ədəd avtomobil təşkil edib.