BİZNES

12 İyun

Azərbaycan Türkiyədən xalça idxalını 44 % artırıb

Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 4 milyon 105 min ABŞ dolları dəyərində xalça ixrac olunub.

Fins.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 43,8 % çoxdur.

Həmçinin cari ilin mayında Türkiyədən Azərbaycana 773 min ABŞ dolları dəyərində xalça gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 19,6 % artım deməkdir.