İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu boya istehsalının genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi üçün 850 min manat məbləğində güzəştli kredit verib.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazir qeyd edib ki, kredit “Nobel Boya və Kimya” MMC-yə ayrılıb.