BİZNES

09 İyun

Azərbaycana ən çox xarici investisiya Böyük Britaniyadan cəlb edilib

2023-cü ilin birinci rübündə Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların həcmi 1.5 milyard dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında Azərbaycana ən çox xarici investisiya Böyük Britaniyadan cəlb edilib. Belə ki, hesabat dövründə Böyük Britaniyadan cəlb edilən investisiyanın həcmi 464 milyon 723 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana cəlb edilən investisiyaların həcmi, ümumi xarici investisiyaların 31%-ni təşkil edib.