Avropa İttifaqına yun, dəri, qurbağa ayaqları və ilbizlərin ixracına icazələr əldə edilib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdən Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracına nodulyar dermatit xəstəliyi ilə bağlı, Qazaxıstana isə at ixracı və tranzitinə atların manqo xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər 2021-ci ildən aradan qaldırılıb.
Q.Təhməzli qeyd edib ki, ölkədə xırdabuynuzlu heyvanların “taun xəstəliyindən azad” statusunun alınması üçün monitorinqlər keçirilib və zəruri tədbirlər icra olunub.
Fuad Mədətov
Fins.az