BİZNES

07 İyun

İyunun 6-da keçirilən hərracda 15 əmlak satılıb

Hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazaxın Xanlıqlar kəndində, yarımçıq tikili isə Bakının Qaradağ rayonunda yerləşir.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 6 500 manat ilkin start qiyməti ilə təklif edilən “Nissan Teana” markalı avtomobil 13 015 manata satılıb.

6 iyun hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 495 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür. 

Cari ay üzrə növbəti hərrac iyunun 20-də keçiriləcək.