BİZNES

07 İyun

Ankaradan Azərbaycana məhsul ixracı artıb

Bu ilin yanvar-may aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 105 milyon 107 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Fins.az Türkiyənin İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,2 % artım deməkdir.

Həmçinin cari ilin mayında Ankaradan Azərbaycana 16 milyon 399 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23,6 % çoxdur.