3 May-dan etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Fins.az xəbər verir ki, təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq təslim al nöqtəsi və öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.
Əlavə olaraq ölkədə fəaliyyət göstərən karqo şirkətləri üçün digər iş imkanlarıda yaradılmışdır.
“Kargolux” şirkətinin təsisçisi Ülvi Əzizov tərəfindən Trendyola təqdim olunan projedə bütün karqo şirkətləri üçün yeni iş imkanı yaradılmışdır. Beləliklə ölkədə fəaliyyət göstərən yerli karqo şirkətləri üçün haqsız rəqabət mühiti və inhisarlıq aradan qaldırılmış olacaqdır.
“Trendyol”un Azərbaycan müştərisinə və ölkədə olan yerli karqo şirkətlərinə verdiyi dəyəri təsdiqləmiş oldu.
Bu günümüzə kimi Trendyolun ölkədə inkişaf etdirilməsində yerli karqo şirkətlərinin böyük dəstəyi olmuşdur.
“Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və gəl al nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir.
Yekunda Ülvi Əzizov “Trendyol”un Azərbaycanda inkişaf etdirilməsi, vətəndaşlara düzgün və zamanında xidmət göstərilməsi üçün “UNİTED” servisi altında bütün imkanlarımızdan istifadə edəcəyini və müqavilə mərhələsində olduğunu vurğuladı.
Həmçinin vətəndaşların sevdiyi karqolar platformada yer alacaqdır.