BİZNES

02 İyun

2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası üçün xərclərin məbləğində azalma nəzərdə tutulub

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihələrinin maliyyələşdirilməsi” adı altında xərclərin məbləğində azalma nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, yenidən baxılan dövlət büdcəsinin layihəsində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihələrinin maliyyələşdirilməsi” adı altında nəzərdə tutulan xərclər 164,3 mln. manat azalma ilə proqnozlaşdırılıb. Belə ki, həmin xərclər üçün 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində 1006,0 mln. manat vəsait nəzərdə tutulmuş, yenidən baxılan dövlət büdcəsinin layihəsində isə 836,3 mln. manat vəsait proqnozlaşdırılıb. Azalma təsdiq edilmiş büdcədə bu istiqamətdə olan ehtiyatların yenidən baxılma zamanı başqa istiqamətlərə yönəldilməsi ilə əlaqələndirilə bilər.