2023-cü ilin yanvar-aprel ayları ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 6.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 78% və ya 22.1 milyon dollar azalıb. 2022-ci ilin ilk 4 ayı ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 28,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.