BİZNES

31 May

“P-Aqro” MMC-nin qeyri-neft sektoru üzrə məhsul ixracı 46%-ə yaxın azalıb

2023-cü ilin yanvar-aprel ayları ərzində “P-Aqro” MMC 12.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 45.8% və ya 10.8 milyon dollar azalıb. 2022-ci ilin ilk 4 ayı ərzində “P-Aqro” MMC 23.6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.