BİZNES

31 May

Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 53% artırılır

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ilə bağlı proqnoz 46 milyon 730.2 min manata kimi artırılır.

Fins.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 53% və ya 16 milyon 199.2 min manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 30 milyon 531 min manat proqnozlaşdırılıb.