BİZNES

31 May

“Rosneft”in xalis mənfəəti birinci rübdə 46 % artıb

Rusiyanın ən böyük neft şirkəti "Rosneft", 2023-cü ilin birinci rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 46 % artaraq 323 milyard rubla (4 milyard dollar) çatdığını bildirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Rosneft"in gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 22,2 milyard dollara (1,8 trilyon rubl) geriləyib.

Açıqlamada qeyd olunub ki, şirkətin karbohidrogen hasilatı ilin birinci rübündə 2022-ci ilin birinci rübü ilə müqayisədə 1,3 faiz artaraq 5,6 milyon barel ekvivalentinə çatıb.

Zəminə Hüseyn
Fins.az