Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinndə nəqliyyat və rabitə xərcləri ilə bağlı proqnozu 335 milyon 381,7 min manata kimi azaldılır.
Fins.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.6% və ya 31 milyon 500.4 min manat azdır.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində nəqliyyat və rabitə xərcləri 366 milyon 882.1 min manat proqnozlaşdırılıb.