BİZNES

30 May

Azərbaycanda aksizlər üzrə proqnoz artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 1 384,75 milyon manatı aksizlər üzrə daxilolmaların payına düşəcək.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,5 % çoxdur.

Yenilənmiş məbləğin 12,4 %-ni və yaxud 171,75 milyon manatı Dövlət Gömrük Komitəsi, 87,6 %-ni və yaxud 1 213 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2,8 % az və 1 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.