Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların payına düşəcək.
Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, təsdiq olunmuş proqnozla müqayisədə 74,5 milyon manat və yaxud 10,3 % çoxdur.
Bundan başqa, dövlət büdcəsinin digər daxilolmaları 18,6 milyon manat və yaxud 3,3 % artırılaraq 580,8 milyon manat (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə yenidən baxılmış daxilolmalar 5 milyon manat artırılaraq 25 milyon manat müəyyən edilib) səviyyəsində proqnozlaşdırılır.