BİZNES

26 May

Şəkər ölçən saatlar

Bir müddət bundan əvvəl Huawei şirkəti qlobal bazarda Watch 4 smart saat seriyasını təqdim etmişdi. Həmin seriyaya adi Watch 4 ilə yanaşı, Watch 4 Pro da daxildir. İndi isə şirkət o smart saatları Çin bazarında təqdim edib. 

Smart saatların Çin bazarı üçün nəzərdə tutulmuş versi­yalarının qlobal bazarda satılan versiyalardan əsas fərqləri ondan ibarətdir ki, onlar qandakı şəkər miqdarını təyin et­məyə imkan verirlər. 

Beləliklə Huawei Watch 4 smart saatları bazarda qan­dakı şəkər miqdarını ölçə bilən ilk smart saatlar oldular. Bu özəllik şəkərli diabet xəstəliyindən əziyyət çəkən istifadəçilər üçün çox vacibdir. Çünki onlar mütəmadi şəkildə qandakı şəkər miqdarını ölçmək məcburiyyətində qalırlar.