Bir müddət bundan əvvəl Huawei şirkəti qlobal bazarda Watch 4 smart saat seriyasını təqdim etmişdi. Həmin seriyaya adi Watch 4 ilə yanaşı, Watch 4 Pro da daxildir. İndi isə şirkət o smart saatları Çin bazarında təqdim edib.
Smart saatların Çin bazarı üçün nəzərdə tutulmuş versiyalarının qlobal bazarda satılan versiyalardan əsas fərqləri ondan ibarətdir ki, onlar qandakı şəkər miqdarını təyin etməyə imkan verirlər.
Beləliklə Huawei Watch 4 smart saatları bazarda qandakı şəkər miqdarını ölçə bilən ilk smart saatlar oldular. Bu özəllik şəkərli diabet xəstəliyindən əziyyət çəkən istifadəçilər üçün çox vacibdir. Çünki onlar mütəmadi şəkildə qandakı şəkər miqdarını ölçmək məcburiyyətində qalırlar.