BİZNES

26 May

Vahid Mustafayevin yaratdığı şirkət 1 milyon manat borc alır - ŞƏRTLƏR

"VMF" MMC illik 13%-lə 1 milyon manat cəlb edir!

1997-ci ildə Vahid Mustafayev (keçmiş ANS-in sahibi) tərəfindən yaradılmış və saatların satışı ilə məşğul olan "VMF" MMC kapital bazarlarından 1 milyon manat cəlb edir. 

Marja.az-ın əldə etdiyi məlumata görə, 16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında "VMF" MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.

VMF istiqrazlarının yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcəkdir.

Məşhur İsveçrə, Yaponiya brendlərinin ölkəmizdəki rəsmi distributoru olan şirkət, dünya markalarının saatlarını qlobal bazarla eyni anda öz alıcılarına təqdim etməsi ilə seçilir.

Bildiyiniz kimi, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İnvestisiya Şirkəti”, emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzindədir.

“Unicapital İnvestisiya Şirkəti” ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir. Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.

Məlumat üçün qeyd edək ki, hərracın baş tutacağı tarix yerləşdirmədən ən az 2 iş günü öncə Bakı Fond Birjasının rəsmi internet saytı vasitəsilə ictimaiyyətə açıqlanacaqdır.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər buraxılışın anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-ə və ya BFB-a üzv olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.