"Yevlax Pilot Aqropark"da “İsfa", “Xar Agro" və "Agromotot" MMC-lərə, eləcə də fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviterdə bildirib.
Onun sözlərinə görə, rezidentlər 177,4 hektar sahədə investisiya dəyəri 4,3 milyon manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salacaq, 53 nəfəri daimi, 187 nəfəri isə mövsümi işlə təmin edəcək.