BİZNES

24 May

Hərracda 2 səhmdar cəmiyyətin səhm paketi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 23-də hərrac keçirilib.

Fins.az xəbər verir ki, investorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 2 səhmdar cəmiyyətin səhm paketi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda “Sabirabad Təmir-tikinti” ASC-nin 44,82 faizlik və “Ucar ağac emalı” ASC-nin 30,06 faizlik səhm paketi satılıb.

Hərracda 3 500 manat ilkin start qiyməti ilə təklif edilən “Volkswagen Passat” markalı avtomobil 4 210 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.  

Qeyd edək ki, mayın 30-da təşkil olunacaq növbəti hərraca 40 dövlət əmlakı çıxarılacaq. Bunlardan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.