BİZNES

24 May

​Azərbaycanın idxalında dövlət sektorunun payı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının 21,9%-ni dövlət sektoru, 67,3%-ni özəl sektor, 10,8%-ni isə fiziki şəxslər həyata keçirib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu rəqəmlər ötən ilin eyni dövründə müvafiq olaraq 14,7%, 75,45% və 9,8% olub.