BİZNES

24 May

Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmaları proqnoza qarşı az icra olunub

2022-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə 1485 milyon manat proqnoza qarşı, 1474,4 milyon manat və ya 10,6 milyon manat (0,7%) az icra olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Bu göstərici 2021-ci illə müqayisədə isə 279,8 milyon manat və ya 23,4% çox olub.

Qeyd edək ki, fiziki şəxslərin gəlir vergisinin proqnozdan az icra olunmasının səbəbi digər tədiyə növləri üzrə artıq ödənilmiş vergilərin fiziki şəxslərin gəlir vergisi ilə əvəzləşdirilməsi, habelə bu tədiyə növü üzrə hesablanılmış verginin tam həcmdə yığımının həyata keçirilməməsi ilə əlaqədardır. Belə ki, 2022-ci ildə 1622,7 milyon manat hesablama olduğu halda, onun 90,9%-nin və ya 1474,4 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2022-ci ildə fiziki şəxslərin gəlir vergisinin 2021-ci il ilə müqayisədə artmasına səbəb orta aylıq əməkhaqqının 14,6% və ya 107,3 manat artaraq 839,4 manata, habelə əməkhaqqı fondunun 2337,1 milyon manat və ya 14,6% artması ilə əlaqədardır.