BİZNES

24 May

Büdcə gəlirlərinin qeyri-neft sektoru üzrə daxilolmaları 20%-ə yaxın artıb

2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 milyard 350 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1689,7 milyon manat və ya 12,4%, 2021-ci illə müqayisədə isə 2489,9 milyon manat və ya 19,4% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 8136,3 milyon manatı və ya 53%-i vergi orqanlarının xətti ilə (2021-ci illə müqayisədə 1793,3 milyon manat və ya 28,3% çox), 5654,6 milyon manatı və ya 36,8%-i gömrük orqanlarının xətti ilə (2021-ci illə müqayisədə 1311,6 milyon manat və ya 30,2% çox), 1559,1 milyon manatı və ya 10,2%-i isə digər mənbələrdən daxilolmaların payına düşüb.