Azərbaycandan bu ilin yanvar-aprel aylarında 17,7 milyon ABŞ dolları məbləğində 27,5 min ton alma ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon dollar çoxdur.
Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 11,4 milyon ABŞ dolları dəyərində 17,2 min ton alma ixrac edib.