BİZNES

23 May

Ötən il cari və əsaslı xərclər müvafiq olaraq 6,9% və 45,1% artıb

Hesablama Palatası aparılan təhlillərə əsaslanaraq 2022-ci ildə icra edilmiş cari və əsaslı xərclərin proqnozla müqayisədə fərqləndiyini qeyd edir.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən icra edilmiş dövlət büdcəsində cari xərclər 17739,0 mln. manat, əsaslı xərclər 12533,6 mln. manat, dövlət borcuna xidmətlə bağlı xərclər isə 1792,0 mln. manat təşkil edib.

2021-ci illə müqayisədə cari və əsaslı xərclər müvafiq olaraq 6,9% və 45,1% artmış, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri isə 18,5% azalmışdır.