2022-ci ildə dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli artaraq cəmi subsidiyalarda ən yüksək xüsusi çəkiyə sahib olub.
Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1401,7 mln. manat məbləğində vəsait icra edilib ki, bu da proqnozla müqayisədə 2,6% az, 2021-ci ilin icrası ilə müqayisədə isə 1,2% çoxdur. Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə subsidiyaların 25,0% artımı, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların isə müvafiq olaraq 26,6% və 13,0% azalması fonunda baş verib.
Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9,5 faiz bəndi artaraq 49,8%-ə yüksəlmiş və ən yüksək xüsusi çəkiyə sahib olmuşdur.