BİZNES

23 May

Azərbaycanda xarici ticarət iştirakçılarının sayı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 30 617 xarici ticarət iştirakçısı olub.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.

Ölkədə xarici ticarətlə məşğul olanların 23 484-ü fiziki şəxslər, 7 133-ü isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 34,2% və 10,6% çoxdur.

Hüquqi şəxslərin isə 196-sı dövlət, 6 937-si isə özəl sektora məxsusdur. Bunlar da illik müqayisədə müvafiq olaraq 4,3% və 10,7% çoxdur.